Parisdə bir polis də güllələndi

Parisdə bir polis də güllələndi
12:36 8 Yanvar 2015
97 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə daha bir polis güllələnib.

ANS PRESS-in məlumatına görə, şəhərin Malakoff səmtində yol polisinə bir nəfər avtomobildən iki dəfə atəş açıb. 11:30-da baş verən hadisə nəticəsində polis ağır yaralanıb. Onu xəstəxanaya çatdırıblar. Hadisənin ötən gün baş verən hücumla bağlı olub-olmaması araşdırılır.

Xatırladaq ki, ötən gün Fransanın paytaxtı Parisdə satirik jurnal olan "Charlie Hebdo"nun mərkəzinə hücum olub. Üç nəfər jurnalın Nicolas Apper küçəsindəki mərkəzinə silahla basqın edib.

Hadisə nəticəsində 12 nəfər ölüb. Onların arasında jurnalın tanınmış karikaturaçıları da olub.

Qeyd edək ki, jurnal daha öncə Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını çəkərək yerləşdirdiyi üçün sərt reaksiyalara hədəf olmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR