Nüsrət Kəsəmənlinin oğlunun şikayəti təmin edilməyib

12:37 8 Yanvar 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 12:34 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz Kəsəmənlinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

 

 

Xatırladaq ki, Araz Kəsəmənli şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb. Həbsdən çıxandan 3 ay sonra isə həbs edilib. Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunan A.Kəsəmənli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR