Rayonlara intensiv qar yağıb - FAKTİKİ HAVA

Rayonlara intensiv qar yağıb - FAKTİKİ HAVA
12:39 8 Yanvar 2015
177 Sosial
Ölkə mətbuatı
A- A+

“Qeyri-sabit hava şəraiti dünən günün ikinci yarısında şimal və qərb rayonlarından başlayıb. Yanvarın 8-də gecə və səhər saatlarında respublikanın əksər rayonlarında hava şəraiti kəskin dəyişib”. Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. 

 

Onun sözlərinə görə, bəzi rayonlarda intensiv qar yağıb: "Hazırda daha çox yağıntı dağlıq və dağətəyi rayonlarda müşahidə edilir. Böyük Qafqazın əksər rayonlarında da güclü qar müşahidə olunmaqdadır. Qar örtüyü əmələ gəlib. Səhər saatlarında olan məlumata görə, düşən yağıntının miqdarı 2.5 mm, qar örtüyünün hündürlüyü dağlıq və dağətəyi rayonlarda 15 sm-dək olub.Yanvarın 9-u gecə saatlarına qədər bu proses davam edəcək”.

U. Tağıyeva bildirib ki, ən kəskin dövr indi müşahidə edilir. “Gün ərzində qar ölkə ərazini əhatə edəcək. Bu proses güclü küləklə müşahidə edilməkdədir. Külək Kür vadisi rayonlarında və Abşeron yarımadasında daha çox güclənib”.

Büro direktoru onu da vurğulayıb ki, küləyin minimal sürəti saniyədə 30 metrdən artıq olub. “Bakıda temperatur hazırda 0 - müsbət 2 dərəcədirsə, bu gün axşama doğru və yanvarın 8-dən 9-na keçən gecə 3  dərəcəyə qədər şaxta olacaq. Buna görə də bu gün gecəyə doğru, sabah səhər saatlarında Bakıda və Abşeron yarımadasında yollar buz bağlayacaq.  Ayın 9-da gündüz saatlarında bu proses bir qədər mülayimləşəcək, külək sürətini azaldacaq. Buna baxmayaraq, yanvarın 9-u və 10-da da şaxtalı hava şəraiti davam edəcək”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR