Sabahdan hava mülayimləşəcək

Sabahdan hava mülayimləşəcək
12:42 8 Yanvar 2015
215 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında çovğunlu hava şəraiti yanvarın 8-dən 9-na keçən gecəyədək davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə deyib ki, öncədən məlumat verildiyi kimi, yanvarın 7-si günün ikinci yarısında əvvəlcə ölkənin şimal və qərb rayonlarında havanın kəskin dəyişilməsi müşahidə olunmağa başlayıb. Artıq ötən gecə və bu səhər bütün ölkə ərazisində qar müşahidə olunur. Bəzi rayonlarda qar intensiv yağır. Hazırda, əsasən, Böyük Qafqazın rayonlarında güclü qar yağır. Yağıntılar bu gün gün ərzində intensivləşəcək, xüsusilə dağlıq və dağətəyi rayonlarda daha çox olacaq.

U.Tağıyeva deyib ki, bu gün gün ərzində bu prosesin ən kəskin dövrü müşahidə edilir. Güclü külək yanvarın 9-u gündüzədək davam edəcək. Gündüz saatlarında külək nisbətən mülayimləşəcək. Yanvarın 9-da gündüz saatlarında əvvəlcə respublikanın qərb rayonlarında yağıntılar kəsiləcək.

Artıq sabah səhər Bakıda və Abşeron yarımadasında da yağıntıların intensivliyi azalacaq, gündüz saatlarında isə yağıntıların kəsiləcəyi proqnozlaşdırılır: “Artıq yanvarın 9-da gündüz saatlarında bu proses bir qədər mülayimləşəcək. Həm külək zəifləyəcək, həm də yağıntılar azalacaq”.

U.Tağıyeva deyib ki, hazırda Bakıda və Abşeron yarımadasında çovğunlu hava şəraiti hökm sürür. Covğunlu hava şəraiti yanvarın 9-u gecəyədək davam edəcək.

Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 0-1, bəzi yerlərdə 2 dərəcə istidir. Buna görə də qarın yağmasına baxmayaraq, hazırda yolların buz bağlaması prosesi müşahidə edilmir. Amma axşam saatlarından başlayaraq, hava şaxtalı olacaq, temperatur mənfi 2 dərəcəyə enəcək. Yanvarın 8-dən 9-na keçən gecə və yanvarın 9-da səhər saatlarında havanın temperaturunun 1-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da yolların buz bağlamasına səbəb olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR