"Kuba ilə anlaşmanı ləğv edirəm" -

ABŞ prezidenti Donald Tramp sabiq lider Barak Obamanın Kubayla başlatdığı normallaşma perioduna dair qərarı ləğv etdiyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, kubalı miqrantların üstünlük təşkil etdiyi Mayamidə kürsüyə çıxan Tramp qeyd edib:

"Öncəki ABŞ rəhbərliyinin Kuba ilə olan təktərəfli anlaşmasını ləğv edirəm. Qərar dərhal qüvvəyə minəcək.

Kubaya qoyulan investisiya və turizm birbaşa hərbinin xeyrinədir. Rejim pulu alır və bazarı nəzarəti altında saxlayır. Son ABŞ rəhbərliyinin qərarnaməsi nəticəsində Kubada demokratiyaya və sülhə qarşı təzyiqlər artıb. Yaxında azad Kubaya qovuşacağıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR