Uçan maşınla 59 km məsafə qət etdi -

Fransalı pilot Bruno Vezoli olduqca təhlükəli arzusunu həyata keçirib.

Metbuat.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, o, "Buggy" avtomobilindən düzəldilmiş paraşütlü xüsusi hibrid vasitəylə uçaraq La-manş boğazını keçib.

"Pegaus" adlandırılan uçan avtomobil Fransanın liman şəhəri Kaledəki uçuş zolağından havalanaraq, 59 km məsafədəki Böyük Britaniyanın Dover şəhəri yaxınlığında yerə enib. Qeyd edək ki, buna qədər oxşar uğura 1909-cu ildə fransalı pilot Luiz Bleriot imza atmışdı.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR