Nüsrət Kəsəmənlinin həbs edilən oğlu ilə bağlı YENİ QƏRAR

Nüsrət Kəsəmənlinin həbs edilən oğlu ilə bağlı YENİ QƏRAR
12:47 8 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

Apelyasiya məhkəməsi şikayəti təmin etməyib
Bakı Apelyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənlinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Araz Kəsəmənlinin apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Kəsəmənli 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Araz Kəsəmənli apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İttihama görə, 2012-ci ilin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmisi 3 ay sonra təkrar həbs edilib. 2013-cü ilin sentyabrın 17-də ona qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub.

Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR