Parisdə avtomobil polis maşınlarına çırpılaraq yanıb

Fransanın paytaxtı Parisdə insident baş verib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, bir avtomobil Parisin mərkəzində yerləşən Yelisey sarayının yaxınlığında polis maşınlarına çırpılaraq yanıb.

Sürücü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildən bir ədəd "Kalaşnikov", əl tapançası və qaz balonu aşkarlanıb.

Paris polisindən verilən məlumata görə, hazırda bölgə nəzarət altındadır. Hadisə nəticəsində polis əməkdaşlarına, o cümlədən mülki vətəndaşlara zərər dəyməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR