Məşhur aktrisanın narkotikdən istifadə etdiyi təsdiqləndi -

"Ulduz müharibələri" filmində Leya rolunu canlandıran məşhur aktrisa Kerri Fişerin orqanizmində heroin, kokain və ekstazi izlərinə rastlanıb.

Metbuat.az bildirir ki, məhkəmə-tibbi ekspertizasının nəticələri Fişerin narkotik maddələrdən istifadə etdiyini deməyə əsas verir.

Məlumata görə, amerikalı aktrisa ötən ilin 23 dekabrında - təyyarəyə minməmişdən üç gün əvvəl kokain qəbul edib. Ancaq ekspertlər Fişerin heroindən və MDMA-dən (ekstazi - red.) sonuncu dəfə nə vaxt istifadə etdiyini müəyyənləşdirə bilməyiblər.

Qeyd edək ki, Fişer 2016-cı il, 27 dekabr tarixində dünyasını dəyişmişdi. Londondan Los-Ancelesə yola düşən aktrisanın halı təyyarədə pisləşmişdi. Kerri xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR