Fransada atom elektrik stansiyasında yanğın baş verib

Fransanın mərkəzi-şərqində, Lion şəhərindən 35 km uzaqlıqda yerləşən "Büje" atom elektrik stansiyasının (AES) damında yanğın baş verib.

Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 13:26-da 5-ci nüvə reaktorunda qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın nəticəsində xəsarət alan yoxdur. İlkin məlumata görə, radiasiya səviyyəsində artım müşahidə olunmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR