Konfederasiyalar kuboku:

Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə Konfederasiyalar kubokunda mübarizə davam edir.

Metbuat.az-ın məlumatına görə, bu gün keçirilən oyunla B qrupunda ilk tura yekun vurulub. Almaniya Avstraliya ilə münasibətlərinə aydınlıq gətirib.

Matçda hesab 5-ci dəqiqədə açılıb. Dünya çempionlarının heyətində Ştindl fərqlənib. Birinci hissənin sonuna kimi daha iki qol qeydə alınıb. Əvvəlcə "yaşıl qitə" təmsilçiləri status-kvonu bərpa etsələr də, çox keçmədən Draksler bir daha hesabı almanların xeyrinə dəyişib.

İkinci hissədə isə komandalar hərəyə bir dəfə fərqlənməyə imkan tapıblar. Beləliklə, Almaniya millisi Konfederasiyalar kubokundakı ilk oyununda Avstraliyanı 3:2 hesabı ilə məğlub edib.

Konfederasiyalar kuboku

B qrupu

1-ci tur

Avstraliya - Almaniya - 2:3

Qollar: Roqiç, 41, Yuriç, 56 - Ştindl, 5, Draksler, 44 (pen.), Qoretska, 48


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR