Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus 104 m2 olan 1 mərtəbəli 4 otaqlı evin zirzəmisinə yığılmış ev əşyaları 4 m2 sahədə, zirzəminin tavanı və 1 otağın döşəməsi 40 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.