"Atəşgah Həyat" istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 90 min AZN-dən çox birdəfəlik ödəniş edib

"Atəşgah Həyat" istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 90 min AZN-dən çox birdəfəlik ödəniş edib
12:58 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

“Atəşgah Həyat” Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə iri sığorta ödənişini həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu sığorta növü üzrə növbəti ödəniş “Atəşgah Həyat” SŞ tərəfindən Bakıda fəaliyyət göstərən sənaye müəssisələrindən birində çalışan, istehsalatda aldığı zədə nəticəsində əlillik dərəcəsi almış əməkdaşa verilib.

Birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 95 139 AZN təşkil edib.

“Atəşgah Həyat” SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR