AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıdıb

Pekindən Bakıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən “Şoudu” hava limanına geri qayıdıb.

Bu barədə Metbuat.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib. Havaya qalxdıqdan sonra “Boeing 767” hava gəmisinin komandiri geri qayıtmağı qərara alıb və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR