Bakıda kişi mənzilində yandı

Bakıda kişi mənzilində yandı
13:06 8 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən dəhşətli yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Qurumun 101 saylı "qaynar xətti"nə məlumat daxil olub ki, Mirzağa Əliyev küçəsi 108 ünvanında yerləşən mənzillərdən birində qeydə alınıb.

Hadisə yerinə 5 yanğınsöndürən maşınlar cəlb olunub. Yanğınsöndürənlər yanğını söndürüblər. Yanğın söndürüldükdən sonra evdə kişinin yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR