Belçika vağzalında zərərsizləşdirilmiş şübhəli şəxs ölüb

Belçika vağzalında zərərsizləşdirilmiş şübhəli şəxs ölüb
03:57 21 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Belçikanın federal polisi Brüsselin mərkəzi vağzalında zərərsizləşdirilmiş şübhəli şəxsin öldüyünü xəbər verib.
"Report" xəbər verir ki, bununla bağlı "Le Soir" nəşri xəbər verib.
Qeyd edilir ki, prokurorluq üç saat boyunca kişinin vəziyyəti haqqında məlumatlara malik olmayıb.
Qeyd edək ki, Belçika polisi mərkəzi vağzalda kamikadzeni zərərsizləşdirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, vağzalda vəziyyət nəzarət altındadır. Belçikanın Milli Dəmir Yolu Şirkətindən isə qeyd edilib ki, hadisə yerində qatarların hərəkəti dayandırılıb.
"Avenir" və "Libre Belgique" nəşrləri isə Belçika hərbçilərinin vağzalda naməlum kişini güllələdiklərini bildiriblər. Onun üzərində partladıcı kəmər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/belcika-vagzalinda-zerersizlesdirilmis-sexs-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR