Pentaqon: Rusiya ABŞ-a təhlükə yaratmır

Pentaqon: Rusiya ABŞ-a təhlükə yaratmır
05:34 21 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Suriyada ABŞ-a təhlükə və ya narahatlıq yarada biləcək əməliyyatlar keçirmir. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqondan bildirilib.

 

“Səmərəli addımlar atmaq üçün biz fəaliyyətimizi və addımlarımızı korrektə etməkdə davam edirik”, - deyə qurumdan bildirilib.   

 

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Rəqqanın cənubunda Suriya ordusuna məxsus qırıcı təyyarəni vurublar. Koalisiyanın qərargahı Suriya qırıcısının ABŞ təyyarəsi tərəfindən vurulduğunu etiraf edib.     

 

Bundan sonra Rusiya Müdafiə Nazirliyi Suriyaya dair ikitərəfli memorandum çərçivəsində Pentaqonla əməkdaşlığı dayandırdığını bəyan edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR