Lənkəranda naməlum şəxs ana və qızını bıçaqladı - FOTO

Lənkəranda naməlum şəxs ana və qızını bıçaqladı - FOTO
06:53 21 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda naməlum şəxs evə basqın edib.

"Report"un məlumatına görə, hadisə Liman şəhərində, Telman Bağırov 32 ünvanında baş verib.

Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş cinayətkar həmin ünvandakı evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızına və onun övladı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yaralılardan biri 40, digəri 63 yaşındadır. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR