Rusiya ABŞ-a cavab tədbirləri hazırlayır

Rusiya ABŞ-a cavab tədbirləri hazırlayır
07:14 21 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab tədbirləri hazırlamağa başlayıb. Bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib. O, ABŞ-ın bu addımlarının Moskvanın kursuna təsir edə bilməyəcəyinə, Rusiya şirkətlərinin və vətəndaşlarının  yeni sanksiyalardan zərər görməyəcəyinə əmin olduğunu bildirib.

 

Qeyd edək ki, ABŞ hökuməti Ukraynadakı vəziyyətlə bağlı Rusiyanın 38 fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib. 

 

“Bu tədbirlər,  Moskvanın problemin diplomatik yolla həlli istiqamətində işlər görməsi üçün Rusiyaya təzyiqi qoruyub saxlayacaq.  ABŞ administrasiyası Ukraynanın suverenliyinə zəmanət verən diplomatik prosesə sadiqdir. Rusiya Minsk razılaşmalarını icra etməyənədək sanksiyalar aradan qaldırılmayacaq”, - deyə nazir vurğulayıb.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR