"Hücum və müdafiə statistikamız "Real"dan daha yaxşıdır"

"Hücum və müdafiə statistikamız "Real"dan daha yaxşıdır"
07:22 21 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın müdafiəçisi Luka Din La Liqanın ötən mövsümünə qısa baxış keçirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu çempionluq titulunun taleyini xırdalıqların həll etdiyini bildirib.

"Faktlara baxsaq, mövsüm bizim üçün pis keçdi. Avropanın "böyük beşlik" liqalarında ən çox qolu biz vurmuşuq. "Barselona"nı əzəli rəqibi (red. Real) ilə müqaqyisə etsək, Primerada həm hücum, həm də müdafiənin statistikası bizdə daha yaxşıdır. Kiçik detallar çempionluğun taleyini həll etdi. Məsələn, "Camp Nou"da keçirilən "El Clasico"da son dəqiqələrdə top buraxmasaydıq, Primeranı 1-ci yerdə biz başa vuracaqdıq. Amma futbol belədir. Bu, mübarizənin necə cidd getdiyini göstərir".

"Real"ın ötən mövsüm top fərqi 106:41, "Barselona"nın isə 116:37 olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR