Play Store

Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər

Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər
07:27 21 İyun 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda baş verib.
Hələlik hüquq-mühafizə orqanları hücum zamanı yaralananlar və ya ölənlərin olub-olmaması barəsində ətraflı məlumat vermir. 
Bundan əvvəl məlum olub ki, ABŞ-ın xüsusi təyinatlıları Filippinin silahlı qüvvələrinə İŞİD-lə əlaqəsi olan silahlıların ələ keçirdiyi Maravi şəhərini azad etməyə kömək edib. Filippinin hökumət qüvvələrinin terrorçularla döyüşü 1 ay davam edib. Bu müddət ərzində 257 terrorçu zərərsizləşdirilib. Eyni zamanda 62 hərbçi və 26 dinc sakin həlak olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/filippinde-i-si-d-le-elaqesi-olan-yaraqlilar-mektebe-hucum-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR