Play Store

BAKIDA GÜCLÜ PARTLAYIŞ: Ər və arvadı ağır vəziyyətdə xəstəxanaya aparıldı

BAKIDA GÜCLÜ PARTLAYIŞ: Ər və arvadı ağır vəziyyətdə xəstəxanaya aparıldı
08:19 21 İyun 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakıda 2 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Lent.az xəbər verir ki, gecə yarısı 1968-ci il təvəllüdlü Çıraqzadə Asif Knyaz oğlu ilə həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Çıraqzadə Pərvanə Müzəffər qızı baş və üz nahiyyəsinin, eləcə də bədəninin yuxarı hissəsinin yanığı xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə daxil olub. Xəsarətləri ağır olduğundan hər iki şəxs reanimasiyaya yerləşdirilib.

 

Məlum olub ki, Asif Çıraqzadə və həyat yoldaşı Neftçi Qurban küçəsindəki mənzillərində olarkən binanın blokuna qaz sızıb. Bu səbəbdən blokda güclü partlayış olub və onlar yanıq xəsarətləri alıblar.

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR