Avtomobil qadını vuraraq öldürüb

Avtomobil qadını vuraraq öldürüb
08:22 21 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 422-ci kilometrliyində, Tovuz rayonu Əyyublu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Opel" markalı avtomobil yolu keçmək istəyən Ağdaş rayon sakini 1960-cı il təvəllüdlü Ceyran adlı qadını vurub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/556177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR