Daşınmaz əmlak bazarında SON QİYMƏTLƏR

Daşınmaz əmlak bazarında SON QİYMƏTLƏR
08:32 21 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 2017-ci ilin may ayında daşınmaz əmlak bazarında qiymətlər 1,37 faiz qalxıb.

Milli.Az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, yay aylarına baxmayaraq daşınmaz əmlak bazarı fəallıq nümayiş etdirir.

N.İbrahimov qeyd edib ki, ən böyük artım mənzil bazarında, ən aşağı artım torpaq bazarında qeydə alınıb:

"İlkin mənzil bazarında may ayında qiymətlər 5,04 faiz, təkrar mənzil bazarında 3,81 faiz artıb. Bundan başqa mənzil kirayəsi bazarında 2,96 faiz, torpaq bazarında 0,08 faiz artım qeydə alınıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR