Şirkət rəhbərliyindən kollektivə GÖZLƏNİLMƏZ TƏKLİF - FOTO/VİDEO

Şirkət rəhbərliyindən kollektivə GÖZLƏNİLMƏZ TƏKLİF - FOTO/VİDEO
08:53 21 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Xian şəhərində bir şirkət kollektivinə maraqlı layihə təklif edib.

Publika.az xəbər verir ki, şirkət rəhbəri Vang Xuebao, artıq çəkili işçilərinin işə qarşı motivasiyasını, məhsuldarlığını artırmaq üçün maraqlı təklif irəli sürüb.

İşçilərinin sağlamlığını və məhsuldarlığını düşünən müdür iş vaxtının çoxunu masa arxasında keçirən kollektivə hər kiloqrama 100 yuan (25 azn) məbləğində pul mükafatı verir.

Günlərini hərəkətsiz keçirdikləri və sağlam qidalanmadıqları üçün artıq çəki alan iş kollektivini xoşbəxt etməyə çalışan müdür bunun asan yolunu tapıb.

Çinin Səhiyyə Nazirliyindən verilən məlumata görə, sağlam qidalanma normalarına düzgün riayət olunmazsa, gələcəkdə, yəni 2030-cu ilə qədər hər 4 çinlidən birinin həddindən artıq kök olacağı proqnozlaşdırılıb.

Əlavə gəlir əldə etməyə çalışan işçilər sağlam qidalanmaya və mümkün olduqca idman zalına getməyə başlayıb.

Gənc qadın son iki ay ərzində 20 kilo çəki itirərək 2.000 yuan (500 AZN) pul qazanıb.

Beləliklə, şirkət kollektivi həm məhsuldar, həm də daha sağlam bir həyat sürür.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR