Səudiyyə Ərəbistanı kralı varisini dəyişib

Səudiyyə Ərəbistanı kralı varisini dəyişib
09:27 21 İyun 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səud varis şahzadəni dəyişib.
“Report” “France Press”ə istinadən xəbər verir ki, Məhəmməd bin-Naif əl-Səudun yerinə 31 yaşlı şahzadə, kralın oğlu Məhəmməd bin Salman əl-Səud təyin edilib.
İnformasiyaya əsasən, şahzadə Məhəmməd bin-Salman əl-Səud həm də baş nazirin birinci müavini təyin olunub. Varis şahzadə əvvəlki kimi krallığın müdafiə naziri vəzifəsini də icra edəcək.
Kralın fərmanına əsasən, Məhəmməd bin-Naif əl-Səud yalınız varis titulundan məhrum edilməyib. O, həm də baş nazirin birinci müavini və daxili işlər naziri vəzifələrindən də azad olunub.
Qeyd edək ki, martın 14-də Səudiyyə Ərəbistanı kralının varisi, müdaifə naziri şahzadə Məhəmməd bin-Salman əl-Səud ABŞ prezidenti Donald Trampla görüşüb. O, ABŞ-ın Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirib, ikitərəfli münasibətlərə, eləcə də bölgədəki vəziyyətə dair məsələləri müzakirə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR