"Qarabağ"ın rəqibindən əzmkar qələbə

"Qarabağ"ın rəqibindən əzmkar qələbə
09:42 21 İyun 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

Gürcüstan çempionatında XVIII tura start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Samtredia" öz meydanında "Dila"nı qəbul edib.

Matçın gedişində qonaqlar iki dəfə hesabda önə keçmələrinə baxmayaraq, bərabərliyi təmin edən Gia Tsetzadzenin yetirmələri son 10 dəqiqədə məğlubiyyətdən qaçmaq bir tərəfə, hətta qələbə də qazana bilib. Belə ki, öncə 81-ci dəqiqədə status-kvonu bərpa edən "Samtredia" rəqibin meydanda azlıqda qalmasından yararlanaraq, 88-ci dəqiqədə 3 xalı gətirən qolu vurub.
 
Bu qalibiyyət sayəsində turnir cədvəlində 3-cü pillədəki mövqeyini möhkəmlədən Azərbaycan çempionunun rəqibinin aktivində 33 xal var.
 
"Samtredia" - "Dila" - 3:2
Qollar: G. Datunaşvili, 23; D. Razamaşvili, 81; N. Sandoxadze, 88 - Z. Dereti, 10, 51
"Samtredia": Omar Migineşvili, Davit Mtivlişvili, Nika Sandoxadze, Cemal Qoqiaşvili, Georgi Mçedlişvili, Georgi Datunaşvili, Davit Razamaşvili, Giuli Mancqaladze (Laşa Kasradze, 90+5), Teymuraz Markozaşvili (Davit Jikia, 60), Quram Samuşia (Konstantin Belov, 90), Georgi Beriaşvili

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR