Anadan DƏHŞƏTLİ ƏMƏL: 5 yaşlı qızını zəhərləyib öldürdü

Anadan DƏHŞƏTLİ ƏMƏL: 5 yaşlı qızını zəhərləyib öldürdü
09:58 21 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusarda azyaşlı qətlə yetirilib.

Rayon hüquq-mühafizə orqanlarından bildirilib ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Taypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

G. Saypullayeva tutulub, faktla bağlı araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR