Deaktiv Sim nömrələrin bərpası pullu oldu - Bu gündən

Deaktiv Sim nömrələrin bərpası pullu oldu - Bu gündən
10:08 21 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Bu gündən etibarən fakturasız (SimSim) xətt sisteminə aid ləğv edilmiş nömrələrin bərpa əməliyyatı ödənişli olacaq. Trend-in məlumatına görə, xidmət haqqı 1 (bir) AZN təşkil edəcək.

Qeyd edək ki, əgər nömrə adınıza rəsmləşdirilibsə, bərpa əməliyyatı üçün 5 AZN nominallı danışıq kartı ilə yaxınlaşmalısınız. Həmin məbləq balansa yüklənilir.

Əgər nömrə digər şəxsin adına rəsmləşdirilibsə, o zaman (050) prefiksli nömrələr üçün 20 AZN, (051) prefİksli nömrələr üçün isə 10 AZN dəyərində danışıq kartı ilə ofislərə müraciət olunmalıdır. Bərpa olunacaq nömrə adınıza rəsmləşdirilir və təqdim etdiyiniz danışıq kartı həmin nömrənin balansına yüklənilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2768967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR