Kriştianu Ronaldu İspaniya vergi orqanlarına 14,8 milyon avro ödəyəcək

Kriştianu Ronaldu İspaniya vergi orqanlarına 14,8 milyon avro ödəyəcək
10:22 21 İyun 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya vergi orqanlarına 14,8 milyon avro ödəməyə qərar verib.
“Report”un “Cope” radiosuna istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu həbs olunmamaq üçün belə bir addım atıb.
Bir müddət əvvəl İspaniya prokurorluğu K.Ronaldaya qarşı 2010-cu ildə yaratdığı ictimai təşkilat vasitəsilə 2011-2014-cü illərdə 14,8 milyon vergini gizlətməsinə dair ittiham irəli sürüb.
Bununla yanaşı, futbolçuya borclarını ödəmək və məhkəmə qərarını yumşaltmaq üçün 60 gün vaxt verilib. Əks halda onu həbs təhlükəsi gözləyir.
Qeyd edək ki, K.Ronaldunun dələduzluqla bağlı iyunun 31-də İspaniya məhkəməsində ifadə verəcəyi gözlənilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR