Ər-Riyadda taxt oyunları: BƏƏ saray çevrilişi həyata keçirdi

Ər-Riyadda taxt oyunları: BƏƏ saray çevrilişi həyata keçirdi
10:38 21 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Krallığı vəliəhd şahzadə Məhəmməd bin Nayifin yerinə kral Salman bin Əbdüləziz Əl Səudun 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 34 üzvlü Sadakat Şurasının 31 üzvü qərarın lehinə səs verib.

Məhəmməd bin Nayif həmçinin daxili işlər naziri vəzifəsindən də çıxarılıb. Beləliklə, ölkədə kralın varisi dəyişib.

İddiaya görə, verilən qərarın arxasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) var. Kral Salmanın siyasətinə oğlunun böyük təsirinin olduğu bildirilir. Onun Yəmən müharibəsini başlatdığı və Qətərə qarşı embarqonun memarlarından biri olduğu deyilir.

İqtisadi islahatçı olan Məhəmməd bin Salmanın BƏƏ-nin ABŞ-dakı səfiri ilə yaxın olduğu iddia edilir. Müdafiə Nazirliyinin başçısı olan kralın oğlu bundan sonra baş nazirin müavini vəzifəsini də icra edəcək.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR