"Bu səhvləri görmək vacib idi" - Ayxan Abbasov

"Bu səhvləri görmək vacib idi"  - Ayxan Abbasov
10:47 21 İyun 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

“Rumıniya komandasıyla oyun bizim üçün çox önəmli idi. Toplanışın son matçında komandamızın nə dərəcədə hazır olduğunu görmək istəyirdik”. Fanat.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

 

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” dünən Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama matçında Rumıniyanın “Vitorul Konstanta” klubuyla üz-üzə gəlib və uduzub - 1:2.

 

Klubun rəsmi feysbuk səhifəsinə oyun haqda fikirlərini bölüşən Abbasov yenilgiyə şərh verib: "Maraqlı oyun oldu. İlk hissədə futbolçularımız tapşırıqları tam yerinə yetirməyə çalışdılar. Hesabda da öndə idik. İkinci hissədə dəyişikliklər etdik. Yeni qoşulan futbolçular 90 dəqiqə meydanda olmaq üçün tam hazır deyillər. Həmçinin digər futbolçuları da izləmək istəyirdik. Bəzi səhvlərimiz oldu. Avropa Liqasının oyunlarından öncə bu səhvləri görmək vacib idi. Onların üzərində işləyəcəyik. Artıq Türkiyədəki təlim-məşq toplanışı başa çatır. Burada taktiki məşqlərə daha çox üstünlük verdik, komandanı yoxlama matçlarında sınadıq. Ümumilikdə, təlim-məşq toplanışı səmərəli keçdi. Futbolçulardan yalnız Rəşad Sadiqov yüngül zədə aldı ki, o da Bakıda komandayla məşqlərə başlayacaq. Əsas odu ki, yeni gələn futbolçularımız tez uyğunlaşırlar. Bakıya qayıtdıqdan sonra “Differdanj”la oyuna tam heyətlə hazırlaşacağıq”.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-shvlri-gormk-vacib-idiquot-t58817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR