ABŞ-ın məşhur rep ifaçısı vəfat edib

ABŞ-ın məşhur rep ifaçısı vəfat edib
10:47 21 İyun 2017
58 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ ABŞ-ın məşhur “Mobb Deep” rep qrupunun ifaçısı Prodiqi (Albert Conson) 42 yaşında vəfat edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu musiqiçinin təmsilçisi bildirib.
İnformasiyaya əsasən, Conson bir neçə gün əvvəl anemiyanın kəskinləşməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onda bu xəstəlik anadangəlmə olub.
Bununla belə onun ölümünün səbəbi hələ müəyyən edilməyib.
Məlumata görə, Prodiqi Havos adlı reperlə 1990-cı illərdə “Mobb Deep” musiqi duetini qurub.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/abs-in-meshur-rep-ifacisi-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR