Prezident Administrasiyasına daxil olan müraciətlərin 31 faizi şikayətlərdir

Prezident Administrasiyasına daxil olan müraciətlərin 31 faizi şikayətlərdir
10:49 21 İyun 2017
32 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ildə yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi üzrə 129 mindən çox vətəndaş müraciəti qeydiyyata alınıb.

 

Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov deyib.

 

S.İsmayılov bildirib ki, bütövlükdə rəhbər şəxslərə təqdim olunmuş müraciətlərin 33,1 faizi müsbət həllini tapıb, onların 41,1 faizinə müvafiq izahat verilib, 7,2 faizi əsassız sayılıb, 12,8 faizi aidiyyəti üzrə göndərilib, 5,8 faizi isə icradadır. Ümumən ildən-ilə müraciətlərin sayının azalması isə onların yaranma səbəblərinin getdikcə aradan qaldırılmasının və yerlərdə bu məsələyə diqqətin daha da artırılmasının nəticəsidir.

 

S.İsmayılov əlavə edib ki, ötən il Prezident Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin 68,8 faizi ərizə, 30,9 faizi şikayət, 0,3 faizi təklif olub.

 

S.İsmayılovun sözlərinə görə, respublikada vətəndaşların müraciətlərinə baxılması sahəsində mükəmməl qanunvericilik bazası yaradılıb: “Təkcə keçən il respublikanın 21 mərkəzi icra hakimiyyəti orqanının və digər qurumların rəhbərləri tərəfindən Azərbaycanın 56 şəhər və rayonunda keçirilmiş qəbullarda 8 mindən çox vətəndaş iştirak edib,  onları narahat edən məsələlər barədə 6 mindən çox müraciətə baxılıb. Bu müraciətlərin 85 faizi bilavasitə vətəndaşları qəbul etmiş qurumların səlahiyyətinə aid olub. Ümumiyyətlə, 2013-cü ildən başlayaraq belə qəbullarda 39351 vətəndaş iştirak edib və müraciətlərin 83,2 faizi həmin qurumların səlahiyyətinə aid olub”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR