Zakir Qaralov Lənkəranda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Lənkəranda vətəndaşları qəbul edəcək
10:52 21 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov Lənkəranda vətəndaşları qəbul edəcək.
Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 
Qəbul iyunun 30-da saat 10:00-da Lənkəran şəhər prokurorluğunun inzibati binasında keçiriləcək. Qəbulda Lənkəran şəhəri, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər. 
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/zakir-qaralov-lenkeranda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR