Prezident açılışda iştirak etdi - FOTOLENT

Prezident açılışda iştirak etdi - FOTOLENT
10:54 21 İyun 2017
34 Digər
Ölkə mətbuatı
A- A+

İyunun 21-də prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, dövlət başçısı əvvəlcə Nərimanov Rayon Məhkəməsinin köhnə binasının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində hazırlanan müasir məhkəmə binalarının və komplekslərinin layihələrini əks etdirən stendlərə baxıb.

 

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

 

Ədliyyə naziri Fikrət Məmmədov binada yaradılan şərait barədə Azərbaycan Prezidentinə məlumat verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR