Play Store

Ötən il 105 dini icma dövlət qeydiyyatından keçib

Ötən il 105 dini icma dövlət qeydiyyatından keçib
10:55 21 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən il dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 105 dini icma dövlət qeydiyyatından keçib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həmin dini icmalardan 101-i islam, 4-ü qeyri-islam təmayüllüdür.

Qeydiyyata alınmış dini qurumların ümumi sayı 749-a çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i islam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2768998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR