Şamaxıda ağır qəza: Yaralılar var

Şamaxıda ağır qəza: Yaralılar var
11:05 21 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb. "KamAZ" markalı yük avtomobili qarşı tərəfdən gələn "Nissan" markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "Nissan"ın sürücüsü, Bakı sakini 1984-cü il təvəllüdlü İslamov Rafiq İslam oğlu və sərnişini, 1992-ci il təvəllüdlü Hüseynova Bəstəgül Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR