İlan öldürdüyü üçün həbs olunacaq - FOTO

İlan öldürdüyü üçün həbs olunacaq - FOTO
11:08 21 İyun 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bodrum bölgəsində maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, 27 yaşlı Gökhan Poladın Bodrum ətrafında nəsli kəsilməkdə olan piton ilanını öldürdüyü üçün cəzalandırılması tələb olunur. Bodrum rəsmilərinin "öldürməyin" xəbərdarlıqlarına baxmayaraq, 2 metrlik ilanı öldürən və fotosunu sosial şəbəkələrdə "Piton öldürdüm" başlığı ilə paylaşan oğlanın haqqında imza kampaniyası başladılıb.

İnternetdə www.change.org adlı saytda Poladın cəzalandırılması üçün imza kampaniyasına qatılan vətəndaşların sayı get-gedə artır.

Haqqında imza kampaniyası başladıldığını dostundan öyrənən Polad təəccübünü gizlədə bilməyib. Sosial hesabından hadisə haqqında şərh verib: "Onu mən öldürməmişəm. Ümumiyyətlə, ilan heç piton da deyildi. Dostlarımla zarafat etmək istəmişdim. Belə bir hadisənin olacağı ağlıma gəlməzdi"

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR