Azərbaycanda 28 qeyri-islam təmayüllü dini icma qeydiyyatdan keçdi

Azərbaycanda 28 qeyri-islam təmayüllü dini icma qeydiyyatdan keçdi
11:42 21 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 105 dini icma dövlət qeydiyyatından keçib.

Milli.Az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həmin dini icmalardan 101-i islam, 4-ü qeyri-islam təmayüllüdür.

Qeydiyyata alınmış dini qurumların ümumi sayı 749-a çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i islam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR