Stilist Samiraldo anasını üzə çıxardı: "Sevinirəm..."

Stilist Samiraldo anasını üzə çıxardı: "Sevinirəm..."
13:14 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Həyatının bir hissəsini uşaqlar evində keçirən stilist Samiraldo (Samir Əliyev) mənəvi anası ilə görüşüb. Bu barədə Lent.az-a danışan stilist deyib ki, o, yalnız bu xanımdan ana nəvazişi görüb: “Bələ bir deyim var ki, insan taleyini özü seçmir. Alın yazısı nədirsə, onu da yaşayır. Mənim də taleyim belə yazıldı ki, doğma ata, anamı görməz oldum. 1976-ciı ildən 1992-ci ilə qədər uşaqlar evində qaldım. Orada pis, yaxşı həyatımı yaşadım. Amma yenə da taleyimdən narazı deyiləm. Çünki məni illərdir ki, öz balası kimi sevən bir insan, mənəvi anam var yanımda. O, xəstədir. Amma mən hər dəfə onun yanına gedəndə çox sevinir. Elə mən də sevinirəm. Çünki onu özümə ana bilirəm”. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR