DİN Qusarda ananın 5 yaşlı qızını öldürməsi ilə bağlı məlumat yayıb

DİN Qusarda ananın 5 yaşlı qızını öldürməsi ilə bağlı məlumat yayıb
11:52 21 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ İyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib.
G.Saypullayeva şübhəli şəxs qismində tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/di-n-qusarda-ananin-5-yasli-qizini-oldurmesi-ile-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR