1 milyon manat pul "atan" qadını anlaqsız elan etdilər

1 milyon manat pul "atan" qadını anlaqsız elan etdilər
11:54 21 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

1 milyon 200 min manatlıq dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyası H. Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlib. Onun barəsində 1 saylı Respublika Psixatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

 

Qeyd edək ki, H. Allahverdiyeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların külli miqdarda pulunu ələ keçirib. Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib. H.Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR