Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib
11:57 21 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə iyunun 20-də rayonun Əyyublu kəndi ərazisində qeydə alınıb.
Belə ki, İsmayıllı rayon sakini Ramin Həsənov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Ceyran Rəsulovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. 
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR