Play Store

Dini məbədlərdə çəkiliş aparılması ilə bağlı MTRŞ və Mətbuat Şurasına MÜRACİƏT

Dini məbədlərdə çəkiliş aparılması ilə bağlı MTRŞ və Mətbuat Şurasına MÜRACİƏT
11:57 21 İyun 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini məbədlərdə çəkilişlərin aparılması ilə bağlı Milli Televiziya və Radio Şurasına və Mətbuat Şurasına məktub ünvanlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Komitə sədri Mübariz Qurbanlı jurnalistlərə bildirib ki, bəzən dini abidələrdə çəkiliş aparır, mahnı oxuyur və dini həssalığı nəzərə almırlar:

"Bu isə sonradan müəyyən problemlərin yaranmasına səbəb olur. Bütün dini abidələrdə, istər senaqoq olsun, istər kilsə, istərsə də məscid - çəkiliş apararkən diqqətli və həssas olmaq lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Qanunda bununla bağlı məsələ əksini tapmayıb, ancaq bu, mənəviyyat məsələsi olduğuna görə, diqqətlə yanaşılmalıdır. Gələcəkdə bu məsələ ilə bağlı qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR