Play Store

Fernando Alonso: “Bakı trekinin dar döngələri işimizi çətinləşdirəcək”

Fernando Alonso: “Bakı trekinin dar döngələri işimizi çətinləşdirəcək”
12:03 21 İyun 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

"McLaren Honda" komandasının pilotu, Formula 1 yarışlarının ən məşhur simalarından olan Fernando Alonso Bakı Şəhər Halqasında baş tutacaq çempionatın səkkizinci raunduna hazırlıqları ilə bağlı öz təəssüratlarını paylaşıb.

Publika.az xəbər verir ki, eyni zamanda Azərbaycan Qran Prisinin səfiri olan Alonso Bakını Formula 1 üçün əla seçim adlandırıb: "Bakı möhtəşəm şəhərdir. Keçən il ilk dəfə olaraq Qran Priyə ev sahibliyi edən Bakının uğurundan sonra, Azərbaycanda yenidən yarışmağı səbirsizliklə gözləyirəm. Azərbaycan Qran Prisinin səfiri olaraq, orada öz yoldaşlarıma və həmkarlarıma görə daha çox zaman keçirmişəm və deyə bilərəm ki, həqiqətən də, Bakı Formula 1 yarışlarına ev sahibliyi etmək üçün əla seçimdir. Biz qədim tarixi şəhərin mərkəzi küçələrində yarışarkən, İçərişəhərin qədim divarları yeni idman məkanında bu yarışa mükəmməl ab-hava gətirir”.

Alonso dar döngələrin onların işini çətinləşdirdiyini düşünür:

“Kanadada ilk xalımızı qazanmağa çox yaxınlaşdıqdan sonra və bir qədər də yorğunluqdan əziyyət çəkməyimizə baxmayaraq, biz Bakıda olduqca əzmliyik. Lakin, sirr deyil ki, bu həftəsonu bizə asan olmayacaq. Belə ki, güc göstəricilərimizdə yaranmış məsələlərlə bağlı biz çox güman ki, cəriməyə məruz qalacağıq və üstəlik Bakı trekinin dar döngələri, yüksək sürət tələb edən düzlükləri işimizi çətinləşdirəcək. Ancaq mümkünsüz heç nə yoxdur və biz hər zaman olduğu kimi, mübarizə aparacağıq”.

Məşhur pilot BŞH-ni ən sürətli trek hesab edir:

“Bakı Şəhər Halqası F1 təqvimindəki ən sürətli şəhər trekidir və pilot nöqteyi nəzərindən yüksək sürətlə dar küçələrdən keçmək inanılmaz dərəcədə həyacan vericidir. Həmişə olduğu kimi, yarışa başlanğıc bizim üçün ən önəmli məqamlardan biridir və şənbə günü baş tutacaq sıralanma turuna cümə günü sərbəst yürüşlərdə hazırlaşmaq lazımdır".

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/203410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR