Kriştiano Ronaldonun yerinə cənubi amerikalı - FOTO

Kriştiano Ronaldonun yerinə cənubi amerikalı  - FOTO
12:07 21 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Madrid “Real”ı Kriştiano Ronaldonun gedişinə hazırlaşır. Fanat.Az “Don Balon”a istinadən xəbər verir ki, 32 yaşlı portuqaliyalı superulduz İspaniya nəhəngini tərk edəcəyi halda, onun yerinə Aleksis Sançes transfer olunacaq.


London “Arsenal”ıyla yeni müqavilə bağlamağa tələsməyən Sançes də ÇL-in son qalibinin sıralarına qatılmaq üçün canfəşanlıq edir. O, dəfələrlə qitənin ən nüfuzlu turnirinin qalibi ola biləcək komandada oynamaq istədiyini dilə gətirib.


Qeyd edək ki, daha öncə “Barselona”da top qovan Çili millisinin hücumçusuyla “Mançester Siti”, “Çelsi” və “Bavariya” da maraqlanır.

 

Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR