ABB-nin öhdəliklərinin restrukturizasiyası planının qəbul edilmə ehtimalı yüksəkdir

ABB-nin öhdəliklərinin restrukturizasiyası planının qəbul edilmə ehtimalı yüksəkdir
12:32 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiya edilməsi şərtləri Bankın borclu olduğu Qazaxıstan Pensiya Fonduna da eyni qaydada şamil ediləcək.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov deyib.
“Kreditorlar ABŞ-Böyük Britaniya qanunvericiliyi əsasında fəaliyyət göstərir və hamıya eyni qaydada yanaşılır”, - deyə o, qeyd edib.
X.Əhədov onu da deyib ki, ABB-nin öhdəliklərinin restrukturizasiyası planının qəbul edilmə ehtimalı yüksəkdir: "Gözləntilərimiz müsbətdir, prosesin uğurla yekunlaşacağını gözləyirik".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abb-nin-ohdeliklerinin-restrukturizasiyasi-planinin-qebul-ediilme-ehtimali-yuksekdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR