BMT blokçeyn texnologiyası əsasında rəqəmli eyniləşdirmə sistemini təqdim edib

BMT blokçeyn texnologiyası əsasında rəqəmli eyniləşdirmə sistemini təqdim edib
12:35 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" və "Accenture" şirkətləri BMT-nin şəxsiyyəti təsdiq edən sənədi olmayan şəxslər üçün beynəlxalq eyniləşdirmə sisteminin qurulması üzrə layihəyə qoşulub. Layihə çərçivəsində blokçeyn texnologiyasının tətbiqi nəticəsində pasportu olmayan insanların şəxsiyyətini müəyyənləşdirməyə imkan verən rəqəmli sistem yaratmaq planlaşdırılır.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, dünyada şəxsiyyəti təsdiq edən sənədi olmayan 1,1 milyard insan yaşayır. BMT-nin Nyu-Yorkda keçirilmiş sammitində təqdim edilmiş sistemin prototipi "adsız" insanlara təhsil və səhiyyə kimi xidmətlərdən yararlanmağa imkan verəcək.

Şəxslərin eyniləşdirilməsi üçün indi əsasən bank əməliyyatları və bitkoin kimi elektron valyutaların izlənilməsində istifadə edilən blokçeyn texnologiyası tətbiq ediləcək. Məsələn, vətəni tərk etmiş, doğum haqqında şəhadətnaməni və diplomunu orada qoymuş qaçqın bu sistem sayəsində öz kimliyini sübut edə, həmçinin elektron formada lazımi sənədləri təqdim edə biləcək.

Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR