“Workhorse” şirkəti hibrid sərnişin dronunu təqdim edib

“Workhorse” şirkəti hibrid sərnişin dronunu təqdim edib
12:35 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Fransada keçirilən aviasalonda ABŞ-ın “Workhorse” şirkəti hibrid sərnişin dronunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, məlumata görə, “SureFly” adlı dron ikiyerli oktakopter formasında düzəldilib. Dron ehtiyat akkumulyatorla təchiz edilib, generator sıradan çıxdığı halda batareya “SureFly” dronunu 5 dəqiqəlik uçuş enerjisi ilə təmin edəcək və bu, yerə eniş etmək üçün kifayətdir. Bundan başqa, aparat fövqəladə hallar üçün paraşütlə təchiz edilib.

Dronun maksimum sürəti 110 km/saat təşkil edir və maksimum uçuş məsafəsi 110 kilometrdir. “SureFly” aparatının yükqaldırma qabiliyyəti 180 kq təşkil edir və multikopterin öz çəkisi isə 500 kq-dır. Kabinədə qurulmuş coystik pilotsuz uçan aparatın əsas idarəetmə vasitəsidir.

Şirkətin məlumatına görə, dron hələ ki havaya qalxmayıb. “SureFly” dronunun ilk uçuşu cari ilin sonuna planlaşdırılıb və 2019-cu ildə sertifikatlaşdırmadan keçməlidir. Bundan sonra istehsalçılar 200 min ABŞ dolları dəyərində qiymətləndirilən aparatın satışına başlamaq niyyətindədir.

Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR